Oqtay Mehdiyev: Sənət və şəxsi həyat qarışmamalıdır
Aktyor Oqtay Mehdiyev, “Qapqara” verilişinin yeni buraxılışında qonaq olaraq iştirak edib. O, sənət adamlarının həyatı, obrazlara münasibəti və teatrın mahiyyəti haqqında fikirlərini bölüşüb. Aktyor bildirib ki, sənətlə şəxsi həyatı qarışdırmaq olmaz, əks halda bu, məhvə səbəb ola bilər. “Biz səhnədə Napoleonuq, Riçardıq, həyatda isə Mehdiyev Oqtay. Mən rola bürünmürəm, sadəcə, peşəkarcasına onunla məşğul oluram. Ruhun sərbəst yaradıcılığını tapmaq lazımdır. Bizim sənətdə şəxsi həyatla sənəti qarışdırmamaq əsas məsələdir”, – deyə o vurğulayıb.
Minval.info xəbər verir ki, Oqtay Mehdiyev teatr və kino sahəsindəki problemlərdən də danışıb. O, səhnənin vicdanla işləyən aktyorların olduğunu və tamaşaçılara keyfiyyətli sənət təqdim etməyin vacibliyini qeyd edib. “Rejissorlar ‘tamaşaçı bunu istəyir’ bəhanəsinin arxasında gizlənməməlidir. Tamaşaçı bu sənətin sirlərini mənim qədər bilə bilməz, ona görə də zövqü biz formalaşdırmalıyıq”, – deyə aktyor əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhram Bağırzadənin uşaqlıq xatirələri: 40 il əvvəlki foto
Əkbər Əlizadə məscidə gedərkən cərimələndi
Aygün Kazımova və Murad Dadaşovun unudulmaz görüşü
Türkiyənin məşhur aktyoru Serhat Kılıç vəfat etdi
Seda Sayan reklam anlaşmaları ilə rekord qırdı!
Bakı-Qazax yolunda yuxulu sürücü qəza törətdi
Kim Kardaşyan Bakıya gəlir? İddialar artır!