Mehriban Xanlarova: "TikTok-da dilənmirəm, iş axtarıram
Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkələrdə canlı yayım açaraq izləyiciləri ilə ünsiyyət qurduğunu və bu fəaliyyətin pul qazanmaq məqsədi daşımadığını açıqlayıb. O, TikTok platformasında açdığı canlı yayımlar zamanı izləyiciləri ilə söhbət etdiyini və bu fəaliyyətin yalnız ünsiyyət məqsədi daşıdığını vurğulayıb.
Minval.info xəbər verir ki, aktrisa, hazırda işsiz olduğunu və 59 yaşında olmasına baxmayaraq, pensiya yaşına çatmadığını bildirib. O, iş tapmaq üçün çalışdığını və hər hansı bir işdə çalışmaqdan çəkinmədiyini qeyd edib. Mehriban Xanlarova, “Deyirlər, oturub dilənir. Niyə? Mən iş axtarıram. Mağazada belə işləməyə eyib kimi baxmıram. Nə vaxta kimi dost-tanış mənə yardım edəcək?” deyə əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır