Qərbi Azərbaycan tv-nin üç illik uğur hekayəsi: Milli yaddaşın qoruyucusu necə formalaşdı?
Bu gün Qərbi Azərbaycan TV-nin fəaliyyətə başlamasının üçüncü ildönümüdür. Televiziya, qısa müddət ərzində, Qərbi Azərbaycanla bağlı həqiqətlərin, deportasiya tarixinin və milli yaddaşın əsas təbliğatçılarından birinə çevrilib.
Minval.info xəbər verir ki, bu illər ərzində Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleləri, dağıdılmış tarixi-mədəni irsimiz və milli-mənəvi dəyərlərimiz bu ekran vasitəsilə həm yerli, həm də beynəlxalq auditoriyaya çatdırılıb.
Qərbi Azərbaycan TV yalnız xəbərlər təqdim etmir, həm də Qərbi Azərbaycanın folklorunu, musiqisini, adət-ənənələrini və zəngin mədəni irsini yaşadan mühüm informasiya körpüsüdür. Bu televiziya, həmçinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının geniş ictimaiyyətə çatdırılmasında və milli həmrəyliyin gücləndirilməsində əhəmiyyətli rol oynayır.
Üç il ərzində formalaşmış peşəkar kollektiv, Qərbi Azərbaycan mövzusunun yalnız keçmişə deyil, gələcəyə də yönəlmiş milli ideya olduğunu sübut etdi. Bu ideyanın daha geniş kütlələrə çatdırılmasında Qərbi Azərbaycan TV mühüm missiya yerinə yetirir.
Qərbi Azərbaycan TV-nin üç illik yubileyi münasibətilə kollektivi təbrik edir, onlara yeni yaradıcılıq uğurları və daha geniş auditoriya arzulayırıq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş