“Qədir Xum” dönərxanasında 12 nəfər zəhərlənib - Cinayət işi açıldı
Bakıda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarından “Minval.info”ya verilən məlumata görə, paytaxtın Xətai rayon ərazisində 12 nəfərin dönərdən zəhərlənməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, nümunələr götürülüb, izahatlar alınıb və müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, məlum zəhərlənmə faktı Babək prospekti, “Maşın Bazarı”nın girişində yerləşən “Qədir Xum” dönərxanasında qeydə alınıb. Həmin dönərxanadan qidalanan 12 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
600-dən çox bal toplasa da, universitetə qəbul olmadı - SİYAHI
24 yaşlı həyat yoldaşını öldürdü — 4 yaşlı uşağın gözü önündə
Kasetin o biri üzü
İlham Əliyevdən daha bir təyinat
DTX daha bir icra başçısını saxladı — SON DƏQİQƏ
Azərbaycanlı səfirin saatı hava limanında oğurlanıb
