Qəbələdə "Opel" ata və oğlunu vurdu, azyaşlı uşaq öldü
Qəbələ rayonunda ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə iyulun 4-də gecə saatlarında baş verib.
1982-ci il təvəllüdlü Mustafayev Ziyanur Ətraf oğlu idarə etdiyi “Opel” markalı 10 SZ 127 dövlət nömrə nişanlı avtomobillə Ağdaş-Qəbələ avtomobil yolu ilə Qəbələ istiqamətində hərəkət edərkən yolun kənarında hərəkətdə olan piyada, 1991-ci il təvəllüdlü Haqverdiyev Rəvan Rövşən oğlu və onun azyaşlı oğlu, 2012-ci il təvəllüdlü Haqverdiyev Rövşən Rəvan oğlunu vurub.
Hadisə nəticəsində azyaşlı hadisə yerində dünyasını dəyişib, atası R.Haqverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izlə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda vəzifəli şəxs xidməti maşını ilə qəza etdi - ağır yaralandı
“Yol terroru” dayanmır - 3 gündə 15 nəfər həlak olub
Məşhur modelyer məhkəmədə xuliqanlıq etdi: “Mənə 300 min verin…”
Ev həyətdəki maşınla birgə yandı
Ukraynaya girişi qadağan edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Binəqədidə gənc qız dəm qazından zəhərlənib