Putinlə görüşüb Ərdoğana zəng etdi: “Ən yaxşı şans…”
Avstriya Kansleri Karl Nehammer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı ilə bağlı açıqlama verib.
“Minval.info” Teleqraf.com-a istinadən xəbər verir ki, kansler Moskvaya səfəri ilə bağlı Prezident Ərdoğanı məlumatlandırdığını deyib.
“İstanbul prosesinin Ukraynada sülh üçün ən yaxşı şans olması ilə bağlı həmfikirik”, – Nehammer bildirib.
Kansler Avstriyanın fəal neytrallıq siyasəti ilə daim sülhə töhfə verəcəyini də vurğulayıb.
Karl Nehammer aprelin 9-da Ukraynanın paytaxtı Kiyevə səfəri çərçivəsində müxtəlif görüşlər keçirərək, başda Buça olmaqla, müharibənin davam etdiyi yerlərdə müşahidələr aparma fürsəti tapıb.
Nehammer Kiyev səfərindən sonra – aprelin 11-də Moskvaya gedib və burada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və ikitərəfli görüşün çətin keçdiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!