“Putinin aşpazı”ndan ŞOK ETİRAF: “2014-cü ildə...”
Biznesmen Yevgeni Priqojin ilk dəfə 2014-cü ildə “Vaqner” özəl hərbi şirkətini yaratdığını etiraf edib. Bu, Suriya və Ukraynada döyüşən, həmçinin məhbusları orduya cəlb edən ilk özəl hərbi şirkətdir.
Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Priqojin özəl şirkəti qurduğu zaman kazakların toplaşdığı poliqona getdiyini, dünyada rusları qoruyacaq xüsusi birliklər üçün pul xərclədiyini söyləyib.
“Amma mən çox tez başa düşdüm ki, bütün bu kazaklar və digər hərbiləşdirilmiş yoldaşların yarısı fırıldaqçılardır, digər yarısı isə könüllüləri işə götürərək onları silahsız həqiqi ölümə göndərirlər. Buna görə bu işlə özüm məşğul olmaq qərarına gəldim”, – deyə Priqojin bildirib.
Qeyd edək ki, Rusiya prezidentinə yaxınlığı ilə bilinən iş adamı daha əvvəllər özəl hərbi şirkətlərlə əlaqəsini inkar etmiş və bununla bağlı yazan jurnalistləri məhkəməyə verərək qalib gəlmişdi.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml Rusiya-ABŞ-Ukrayna danışıqlarına ümid edir
Kredit borcu artdı: 90 min aldı, 217 min oldu!
Abşeronda kanalizasiya suları yola axır: Sakinlər narazı
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır