“Putini yaralayıb buraxmaq olmaz, onu…” – Litva XİN rəhbəri
Qərb və müttəfiqlərini Rusiyadan gələcək təhdidlərdən qorumağın yeganə yolu Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaqdır.
Savash.org teleqraf.com-a istinadən xəbər verir ki, bunu Litva Xarici işlər naziri Qabrielius Landsbergis deyib.
Landsbergis ABŞ və NATO ölkələrini Rusiyaya qarşı daha sərt mövqe tutmağa çağırıb.
Putinin 9 May çıxışının təsiredici olmadığını vurğulayan nazir generalların və digər yüksək vəzifəli hərbçilərin tutqun simalarının Ukrayna müharibəsindəki uğursuzluğun göstəricisi olduğunu deyib.
Ukraynada Rusiya üçün işlərin yaxşı getmədiyini söyləyən Landsbergis vurğulayıb: “Yaralı Putin daha da təhlükəli ola bilər və bu təhlükəni aradan qaldırmağın yeganə yolu onun hakimiyyətinə son qoymaqdır”.
Nazir Putin hakimiyyətdə olduğu müddətdə qonşu ölkələrin təhlükə altında olacağını iddia edib: “Təkcə Putin yox, bütün rejim dəyişməlidir, çünki Putini onun yaxın çevrəsini kimsə əvəzləyə bilər, yəni başqa bir Putin onun yerinə keçə bilər”.
Onun sözlərinə görə, nə qədər ki, Rusiyadan kənarda döyüşmək istəyən bir rejim var, ətraf ölkələr təhlükə altında qalacaq.
Landsbergis Rusiya təhlükəsini aradan qaldırmaq üçün ABŞ və NATO-nun daha ciddi addımlar atmalı olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Almaniyaya mühacirət edən 10-dan çox azərbaycanlı qaytarılır
"Tramp İran Prezidenti ilə görüşmək istəyir"
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
NATO ölkələri Ukraynaya azı 8 milyard dollar yardım edib
İraqın şimalına aviasiya zərbələri endirilib, 5 terrorçu zərərsizləşdirilib
NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi yaradılır