Rusiya prezidenti Vladimir Putin ölkədə elan edilmiş qismən səfərbərliklə bağlı problemləri çox tez anlayıb. Xüsusilə, cəbhəyə planlaşdırılanları deyil, fərqli adamları aparırlar. Bundan əlavə, səfərbər olunanlar çadır şəhərciklərinə yerləşdirilirlər.

AzVision.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi “Twitter”də məlumat yayıb.

Bildirilir ki, Putin 2022-ci il sentyabrın 29-da səfərbərliklə bağlı Milli Təhlükəsizlik Şurasına müraciət edib. Rusiya prezidenti qeyd edib ki, səfərbərlik kampaniyası zamanı çoxlu suallar yaranır və “biz səhvlərimizi operativ şəkildə düzəltməli və onları təkrarlamamalıyıq”.

Rusiya Polşada hava limanlarına hücum edə bilər – Marko Rubio”Putinin problemlərin olduqca tez bir zamanda etiraf etməsi, səfərbərliyin ilk həftə ərzindəki disfunksiyasından xəbər verir. Çox güman ki, yerli məmurlar kampaniyanın dəqiq miqyasından və hüquqi əsaslarından xəbərsizdirlər. Demək olar ki, onlar Putin və Müdafiə Nazirliyinin planlarına uyğun gəlməyən kadrları cəlb edirlər”, – Britaniya kəşfiyyatı yazıb.

Məlumatda o da yazılıb ki, səfərbər edilmiş ehtiyatda olan əsgərlər hələ də çadır düşərgələrində toplaşmağa davam edirlər. Rusiya rəsmiləri isə onlara təlim keçmək və yeni bölmələrə rəhbərlik edəcək zabitlər tapmaqda çətinlik çəkəcəklər.