“Püşkün nəticəsindən razıyam” - Millimizin baş məşqçisi

Bu gün milli komandamızın elit-raunddakı rəqibləri bəlli olub.
Minval.İnfo xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının elit-raund mərhələsinin püşkünün nəticələri ilə bağlı AFFA-nın rəsmi saytına fikirlərini bildirib:
“Püşkatmanın nəticələrindən razıyam. İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq. Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq. Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burada zəif komanda yoxdur. Demək olar, komandaların hər biri səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də rəqibləri tanıyırıq və nəyə qadir olduqlarını bilirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?