Psixikanı xoşagəlməz əlamətlərdən qoruyan -

Qərbi Sidney Universitetinin mütəxəssisləri bildiriblər ki, psixikanı sağlamlaşdırmaq və depressiyaya düşməmək üçün insanın xüsusi pəhrizə ehtiyacı yoxdur.
Qida rasionunu hər hansı şəkildə yaxşılaşdırmaq bu baxımdan daha faydalıdır.
“MedikForum” xəbər verir ki, 45 826 insanın iştirakı ilə tədqiqatların meta-təhlil məlumatları bunu göstərir.
Avstraliyalı tədqiqatçılar müxtəlif pəhrizlərin depressiya və həyəcan hissinə təsirinin yoxlanıldığı bütün klinik sınaqlar barədə indiyədək mövcud olan məlumatları toplayıblar. Nəticədə alimlər bu qənaətə gəliblər ki, psixikanı xoşagəlməz əlamətlərdən qorumaq üçün müəyyən pəhrizə əməl etməyə ehtiyac yoxdur. Bunun üçün qidalanmanı yaxşılaşdırmaq kifayətdir.
Bəs mütəxəssislər “güclü qida” anlayışını necə başa düşürlər?
Layihə müəllifləri deyiblər: “Biz əmin olduq ki, rasionda fastfudun və rafinə edilmiş şəkərin miqdarını azaltmaq, vitaminlərlə, bəsləyici maddələrlə və sellülozla zəngin məhsulların payını artırmaq lazımdır”.
Tədqiqatçılar əlavə ediblər ki, güclü qida xüsusən qadınları arzuolunmaz psixi pozuntu əlamətlərindən müdafiə edir. (Teleqraf.com)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!