Prospektdə iki yeniyetmə vuruldu, biri öldü
Bakıda iki yeniyetməni maşın vurub, biri vəfat edib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, dekabrın 5-i gecə saat 00:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində “Ford” markalı 99-ST-479 dövlət qeydiyyat nişanlı avtomobillə iki nəfər piyada vurulub.
Nəticədə, 2001-ci il təvəllüdlü Əliyar Süleymanov dünyasını dəyişib, digər piyada – 2004-cü il təvəllüdlü İsmayıl Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bununla yanaşı, ilkin araşdırma zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb, yuxarıda adları qeyd olunan şəxslərin avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri olub.
Təəssüf ki, yolun işıqlandırılmasına baxmayaraq, piyadalar tərəfindən hava şəraitinin və yolda müəyyən edilmiş yüksək sürət həddinin nəzərə alınmaması növbəti dəfə faciəyə yol açıb.
Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək, onları sözügedən yol-nəqliyyat hadisənin baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə, ən əsası həm özlərinin, həm də doğmalarının həyatına biganə qalmamağa çağırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Toyda dava düşdü, bir nəfər xəstəxanalıq oldu
İranda baş vermiş zəlzələ zamanı 23 nəfər xəsarət alıb - YENİLƏNİB
Polisin qəza törədib qaçması ilə bağlı – Rəsmi açıqlama
Günün qoroskopu: Çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz
Qazi və şəhid ailələrin probleminin bir həll yolu var, amma...