Prokuror "Berlin Pub"da qətl törədən şəxsə cəza istədi
Prokuror “Berlin Pub”da qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Məhkəmənin növbəti iclası mayın 25-nə təyin edilib.
Qeyd edək ki, 2021-ci il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.
O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
///report
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Atasıyla yatan qadını beşbarmaqla döydü - "Fahişələrə belə edilməlidir"
Bakı metrosunda problem: qatar boşaldıldı
Ordudan tərxis olunmaq istəyən rəisi aldadıb 10 minini alıblar
Rusiyada işləməyə gedən 101 nəfərə saxta COVID pasportu veriblər
İtkin düşən gəncin meyiti tapıldı - FOTO
Maral Tahirqızı maşını ilə dövrə vurdu, ağır qəza törətdi - Qəzanın videosu