02.09.2021 - 12:37
Səhiyyə 3 baxış

Professor: "Uğursuz cərrahi əməliyyatdan narazı qalanlar Səhiyyə Nazirliyinə müraciət edilməlidir"

“Uğursuz cərrahi əməliyyatdan narazı qalan vətəndaşlar bu kimi vəziyyətlərdə Səhiyyə Nazirliyinə rəsmi qaydada müraciət edilməlidir”.

“MİNVAL.İNFO” xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, Səhiyyə Nazirliyinin baş cərrahı, professor Elçin Ağayev bildirib.

“Belə müraciətlərimiz var. Əmin ola bilərsiniz ki, daxil olan hər müraciət həssaslıqla araşdırılaraq, lazımi tədbirlər görülür. Düşünürəm ki, qeyd olunan problemlərin aradan qaldırılması mümkündür və Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş mütəxəssisi kimi bu problemlərin həlli istiqamətində əlimdən gələnləri etməyi borcluyam”, – o qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: