13.04.2018 - 18:19
Ölkə 1 baxış

Professor İlham Rəhimov Qaqauziyalı qonaqlarla görüşüb - FOTOLAR

Görüşdə Türk dünyası ilə bağlı maraqlı müzakirələr aparılıb

Aprelin 12-də hüquq elimlər doktoru, professor İlham Rəhimov “Yeni Qaqauziya” sosial-siyasi hərəkatının lideri, Moldova Parlamentinin deputatı Dudoqlo Nikolay Xarlampiyeviç və Rusiya Federasiyasının Qaqauziya Xalq Məclisinin xüsusi nümayəndəsi Qaydarji Sergey İvanoviç ilə görüşüb.

Musavat.com-un məlumatına görə, görüşdə Türk dünyasında siyasi, iqtisadi və mədəni-sosial əlaqələrin hazırki vəziyyəti ilə bağlı maraqlı müzakirələr aparılıb və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.

Qaqauziyalı qonaqlar Azərbaycanla bağlı xoş təəssuratlarını bölüşərək səmimi görüşə görə professor İlham Rəhimova təşəkkürlərini bildiriblər. Görüşün sonunda qonaqlarla xatirə şəkili çəkilib.

Musavat.com

1-2.jpg (75 KB)

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: