17.09.2026 - 16:33
Ölkə 65 baxış

Prezidentin təltif etdiyi Famil Qasımov KİMDİR?

Xəbər verdiyimiz kimi, Famil Front oğlu Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Minval.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, F. Mustafayev 1966-cı il sentyabr 18-də Salyan rayonunda anadan olub. 1983-cü ildə orta məktəbi bitirib. 1984-1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil alıb. 1998-2002-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.

O, 1989-1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim,

1992-1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini,

1994-1996-cı illərdə “Azərbaycan İnvestisiya Şirkəti” SC-nin vitse-prezidenti, prezidenti,

1996-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi,

Milli Depozit Mərkəzinin icraçı direktoru, prezidenti,

1999-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti,

2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə-2” kafedrasının baş müəllimi,

2004-2015-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini,

2004-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat professoru,

2015-2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri,

2016-2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru,

2018-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini işləyib.

2017-2018-ci illərdə Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şuranın sədri vəzifəsində çalışıb. 2018-ci ilin iyul-sentyabr aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının üzvü olub.

2019-cu il iyunun 21-dən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.

Ailəlidir, iki övladı var.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: