Prezidentin işdən çıxardığı komitə sədri qızının toyunu təxirə salıb
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov qızının toyunu təxirə salıb.
Minval.İnfo BakuPost-a istinadən xəbər verir ki, ötən ilin dekabrında nişanlanan Kəmalə İbrahimovanın toyu aprelin 14-də baş tutmalıymış. Hətta toyun məkanı danışılıb, dəvətnamələr də paylanılıbmış. Belə ki, toyun keçiriləcəyi məkan olaraq “Alov qüllələri”ndəki “Fairmont” otellə razılıq əldə olunub. Lakin növbədənkənar prezident seçkilərindən sonra toy təxirə salınıb. Qonaqlara isə səbəb kimi prezident seçkilərindən sonra tədbirlərin çox olduğu, məhz bu səbəbdən toyun başqa tarixə keçirildiyi deyilib.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Mənbənin saytımıza verdiyi məlumata görə, toyu təxirə salan tərəf İbrahimovlar olub. Buna səbəb isə N. İbrahimovun seçkilərdən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayacağı barədə xəbərlər alması olub.
Bundan başqa, toyun keçiriləcəyi məkan üçün və təşkilati işlərə xeyli miqdarda pul xərclənilib.
Qeyd edək ki, K.İbrahimova “DeCamie” moda evinin sahibidir.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Məlumat çün bildirək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də baş tutub. Seçkilərdən sonra aprelin 18-də Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilib. Prezident İlham Əliyevin sərəncamı ilə N. İbrahimovun yerinə deputat Fuad Muradov təyin edilib.







Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
