Milyoner iş adamı estetik əməliyyatda öldü
Nigeriya-Britaniya vətəndaşı olan iş adamı və sosial media fenomeni İqho “Taini” Ubiribo, Taylandda keçirdiyi estetik prosedurdan sonra həyatını itirib. 43 yaşlı iş adamına Banqkokda cinsiyyət orqanının böyüdülməsi məqsədilə təxminən 40 millilitr hialuron turşusu və lidokain yeridilib. Prosedurdan sonra Ubiribo sinə ağrısından şikayətlənib və iki dəfə huşunu itirib. Xəstəxanada 100 dəqiqədən çox davam edən reanimasiya cəhdlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Minval.info xəbər verir ki, məhkəmə-tibbi ekspertiza ölümə prosedurun yaratdığı ağciyər emboliyasının səbəb olduğunu müəyyən edib. Lüks həyatı ilə tanınan Ubiribo may ayında Londonda qızıl tabutda dəfn edilib. Xarici mənbələr onun tabutunun 745 min dollardan baha olduğunu bildirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq
Qəza törətməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya olunacaq
İspaniyada qatar qəzasında ölənlər arasında 4 amerikalı var
"İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
Salyanda dəhşətli qəza: iki nəfər həyatını itirib
Moped və velosiped sürənlərə xəbərdarlıq