Prezident seçilərsə, Rusiya ilə Ukrayna arasında sülh yaradacağına söz verdi
Braziliyanın keçmiş Prezidenti, prezidentliyə namizəd Luis İnasiu Lula da Silva bildirib ki, seçkilərdə qalib gəlsə, Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanı həll etmək üçün əlindən gələni edəcək.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Braziliya onun rəhbərliyi altında “sülhün bərpasına” töhfə verəcək.
“Seçkilərdə qalib gələndə ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında münaqişə bitəcək, o zaman mən daha sakit olacağam. Ancaq bu, bitməsə, əmin ola bilərsiniz ki, Braziliya mümkün olan hər şeyi edəcək, sülhü yenidən bərpa etmək üçün bütün dövlət başçıları ilə danışacaq”, – Lula deyib.
Braziliyanın eks-prezidentinin nöqteyi-nəzərindən, “Ukraynadakı münaqişədə heç kim maraqlı deyil” və onun dayandırılması BMT-nin gücləndirilməsi və təşkilatın Təhlükəsizlik Şurasında islahatların aparılması ilə mümkündür. Onun fikrincə, Braziliya və digər dövlətlər Təhlükəsizlik Şurasına daxil edilməlidir.
“Ümid edirəm ki, Ukrayna və Rusiya hökumətlərinə müdaxilə etməyə çalışmasaq, münaqişə tezliklə bitəcək”, – Lula qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü