19.03.2018 - 11:52
Siyasət
1 baxış
Prezident İlham Əliyev Putini təbrik etdi
Prezident İlham Əliyev Rusiyada keçirilən prezident seçkilərinin qalibi Vladimir Putini təbrik edib.
Minval.İnfo xəbər verir ki, təbrikdə deyilir: “Federasiyasının prezidenti seçkilərində inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun olduğunu və ölkədə sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsinə, irimiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə kömək edən uzunmüddətli sosial proqramların reallaşmasına yönəldilmiş kursunuzun fəal dəstəkləndiyini təsdiq edir.
Azərbaycan ilə Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. Sevindirici haldır ki, bizim dövlətlərarası münasibətlər bu gün bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu münasibətlərin, bütövlükdə Azərbaycan ilə Rusiya arasında hərtərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin genişlənməsinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm.
Əminəm ki, Azərbaycan ilə Rusiya arasındakı strateji tərəfdaşlığın daha da möhkəmlənməsi üzrə birgə səylərimiz xalqlarımızın və ölkələrimizin maraqlarına, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin təmin olunmasına bundan sonra da kömək edəcək.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Baş nazirin yeni müavinlərinin təyin olunması gözlənilir”
06.05.2018 - 13:19
Daha bir azərbaycanlı Rusiyada deputat oldu
17.09.2018 - 19:00
FETÖ-nün "Azərbaycan kassiri" barədə qərar verildi
21.07.2018 - 16:13
“Prezident məsləhət gördü ki...” - Artur Rasizadə
31.05.2018 - 09:40
Müsavat mühacir qalmaqalı ilə bağlı açıqlama yaydı
16.11.2019 - 11:33
Zelenski Ərdoğanı Ukraynaya dəvət etdi
17.11.2021 - 15:21
Prezident 4 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
08.01.2018 - 15:38
Ermənistan itkin azərbaycanlıların məzar yerlərini AÇIQLAYACAQ
07.02.2022 - 14:04
