Poz-Qazan oyunlarında sentyabrda 22 böyük uduş qeydə alınıb
Ölkənin qanuni lotereya təşkilatçısı “Azərlotereya” tərəfindən təşkil edilən “Poz-Qazan” oyunları sentyabr ayında iştirakçılar üçün uğurlu olub. Bu müddət ərzində 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib və ümumi uduş məbləği 15,823,889 manata çatıb. Bu biletlər arasında 22 böyük uduş da yer alıb.
Minval.info xəbər verir ki, ayın ən böyük uduşu “Uğurlu 7” lotereyasında qeydə alınıb və Bərdə sakini 50 000 manatlıq mükafat qazanıb. Eyni lotereyada başqa bir bilet də 10 000 manatlıq uduşla yadda qalıb. “Qızıl” lotereyasında isə 25 000 manatlıq uduş əldə edilib.
Yeni satışa çıxan “Kosmos” lotereyasında da ilk 10 000 manatlıq uduş qeydə alınıb. “Ani 50” lotereyasında isə Ağcabədi sakini Elsəvər Cəfərov 10 000 manat qazanıb. “4 Fəsil” lotereyasında 2 bilet 5 000 manat, “Prestij” lotereyasında isə 3 bilet 5 000 manat uduşla sevindirib. “Qoşa” oyunu isə 12 bilet sahibinə 4 000 manatlıq mükafatlar gətirib.
Uduşlu biletlər Bakı, Gəncə, Tovuz, Bərdə, Ağcabədi, Quba, Zaqatala, Sabirabad, Mingəçevir və Lənkəran şəhərlərində qeydə alınıb. “Azərlotereya”nın “4+4” tirajlı lotereyasında cekpot məbləği 2 000 000 manatı ötüb və şanslı sahibini gözləyir. “Poz-Qazan” oyunlarında da 500 000 manata qədər böyük uduş qazanmaq imkanı mövcuddur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Mərkəzi Bankında yeni baş direktor təyinatı
SOCAR Xəzərdə ilk 3D OBN seysmik tədqiqatını tamamlayıb
Neftin qiymətində kəskin artım müşahidə olunur
Toyuq ətinin qiyməti mağazalarda artdı
Avropada dizel yanacağının qiyməti rekord həddə çatdı
Hərraca 26 avtomobil çıxarıldı
Maaş və pensiya artımı ilə bağlı müzakirələr başlayır