Azərbaycanda bəzi cərimələr 150 faiz artırılır
Baku.ws-ın məlumatına görə, Azərbaycanda bəzi cərimələr azaldılır, bəziləri isə artırılır. Bu məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, maliyyə institutları tərəfindən qeyri-rezidentlərin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların təqdim edilməməsinə görə, hesaba mədaxil olunmuş vəsaitin ümumi məbləğinin 30 faizi miqdarında tətbiq olunan maliyyə sanksiyasının 10 faizə endirilməsi təklif olunur. Lakin bu, 1 000 manatdan az olmamalıdır. Eyni zamanda, bu hesablar üzrə mədaxil əməliyyatı aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində olan maliyyə sanksiyasının 1 000 manata qaldırılması nəzərdə tutulur.
Qeyd olunur ki, bir sıra Avropa və MDB ölkələrində, məsələn, Rusiya, Portuqaliya, Polşa, Litva və Macarıstanda mövcud olan təcrübəyə əsasən, hesabat verən maliyyə institutları tərəfindən hər hansı hesab barədə məlumatın verilməməsinə görə cərimə məbləğləri 1 000-500 000 manat arasında dəyişir. Bu nəzərə alınaraq, sanksiya məbləğinin azaldılması məqsədəuyğun hesab edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya mallarının bu türk dövlətinə ixracında rekord: Nə satıblar?
Azərbaycan neftinin qiyməti dünya bazarlarında azalıb
DSMF-nin 2027-ci il büdcəsi təsdiqləndi
İşsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək
Rusiyanın Arktikdən rekord miqdarda neft daşıması gözlənilir
Azərbaycan ildə 65 milyon manatlıq ayaqqabı idxal edir
Qocalığı müəyyən edən pulsuz test: həkimdən sadə üsul