Portuqaliya klubunun 13 futbolçusunda "Omikron" ştamı aşkarlanıb
Portuqaliyanın “Belenenseş” klubunun 13 futbolçusu koronavirusun yeni növ “Omikron” ştamına yoluxub.
Minval.info ölkənin Milli Sağlamlıq İnstitutuna istinadən xəbər verir ki, oyunçuların testləri müsbət çıxıb. Bu, Portuqaliyada yeni ştamla ilk yoluxma hadisəsidir.
“Omikron” Cənubi Afrikada meydana çıxıb. Hələlik yeni virus haqqında çox şey məlum deyil.
Qeyd edək kİ, “Belenenseş” klubu koronavirusa kütləvi yoluxma səbəbindən evdə “Benfika”ya qarşı matça cəmi 9 futbolçu ilə çıxıb. Görüşün ilk hissəsi qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri əvvəlcə ikinci hissəni oynamaq istəməyiblər. Yalnız baş hakimin təkidindən sonra komanda 7 nəfərlə meydana qayıdıb. Amma 46-cı dəqiqədə futbolçulardan biri yerə uzanaraq, zədələndiyini bildirib. “Belenenseş”in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırıb.
“Belenenseş”in baş məşqçisi və onun köməkçiləri, həmçinin klubun 2 əməkdaşında da koronavirus aşkarlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AFFA "Qarabağ"ı cəzalandıra bilər
“Mançester Yunayted” baş məşqçisi ilə bağlı qərar verib - RƏSMİ
Rafael Ağayev yarımfinala yüksəldi, bürünc medalı təmin etdi
"Qalatasaray"dan Azərbaycana təqdirəlayiq jest
Arda Turan evləndi, Ərdoğan şahid oldu - FOTOLAR
Ronaldo "Yuventus"dan gedir - Şok iddia
Lionel Messiyə ağır cəza ala bilər - 2 il