18.02.2019 - 16:41
Gündəm 3 baxış

Polisdən sürücülərə xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Minval.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla əlaqədar sürücülərə müraciət edib.

Bildirilib ki, “yollarda yarana biləcək yol qəzaları və diqər xoşagəlməz halların qarşısının alınması üçün, avtomobilləri idarə edərkən sürücülər diqqətli olmalı, bəzi yolların buz bağlama ehtimalını nəzərə almalıdırlar: “Sürücülər idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər eləcədə kəskin tormazlama etməmələri tövsiyə olunur. Qarlı, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri eləcədə digər hərəkət iştirakçılarının həyat və sağlımlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində sükan arxasına əyləşməmələri xahiş olunur”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: