Polis əməliyyat keçirdi: Saxlanılanlar var
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri çərçivəsində rayon sakinlərindən narkotik vasitə olan “spays” götürülüb.
Hacıqabul sakini, 1995-ci il təvəllüdlü Əliyev Sədail Mais oğlu saxlanılarkən onun üstündən 0,061 qram “spays” götürülüb.
Məlum olub ki, S.Əliyev həmin narkotik vasitəni Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Şükürov Fərid İlham oğlundan, sonuncu isə həmin narkotik vasitəni həmyerlisi, 1987-ci il təvəllüdlü Qəhrəmanov Arif Rəcəb oğlundan əldə edib. Hər 3 şəxs saxlanılıb.
S.Əliyevə qarşı narkotik vasitəni saxlama, digərləri barəsində isə narkotik vasitənin satışı maddəsi ilə cinayət işi açılıb.(APA)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
FHN-dən güclü külək xəbərdarlığı: Təhlükəsizlik vacibdir
Bakıda güclü külək ağacın budağını qopardı
Azergold Söyüdlü yatağında ilk partlayışı həyata keçirdi
Mayamidə kargo təyyarəsi qəzaya uğradı: 5 ölü
Meksikada dini mərasimdə partlayış: 10 ölü, 64 yaralı
Göyçayda ana yıxıldı, körpə faciəvi öldü
Bakı yollarında tıxac və su sızması narahatlığı