Pirşağıda həyat: 18 yaşlı qızı anası qucağında daşıyır - küçədəki problemlər bitmir
Sosial problemlərin yaşandığı Sabunçu rayonunun Pirşağı qəsəbəsində, sakinlərin ‘Dəmir yolu’ küçəsi kimi tanıdığı ərazidə ciddi infrastruktur çatışmazlıqları mövcuddur. Burada asfalt örtüyünün olmaması, xüsusilə hərəkət qabiliyyəti məhdud olan sakinlər üçün böyük çətinliklər yaradır.
Minval.info xəbər verir ki, sakinlərdən biri, 18 yaşlı qızının hərəkət edə bilmədiyi üçün anasının onu qucağında daşımaq məcburiyyətində qaldığını bildirib. Bu vəziyyət, küçədəki digər problemlərlə yanaşı, gündəlik həyatı daha da çətinləşdirir.
Bundan əlavə, sakinlər işıqlandırma və su təchizatı ilə bağlı da problemlər yaşadıqlarını qeyd edirlər. Yay aylarında su sızıntıları səbəbindən həyətlər su ilə dolur və müvəqqəti həllər tapılsa da, problem tez-tez təkrarlanır.
Sabunçu Rayon İcra Hakimiyyəti, Pirşağı qəsəbəsində qəsəbədaxili yolların asfaltlanmasının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirildiyini bildirib. ‘Dəmir yolu’ küçəsinin təmiri üçün aidiyyəti qurumlara müraciət edildiyi də qeyd olunub.
Bununla yanaşı, məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsi, küçənin işıqlandırılması və su xəttindəki problemlərin həlli üçün müvafiq qurumlara məlumat verildiyi bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxac problemi üçün yeni işıqforlar quraşdırıldı
Yeni nəsil energetiklər yarışında Salyan komandası finala yüksəldi
Sabah Bakıda 27 dərəcə isti gözlənilir
Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı ilə hərəkət asanlaşır
Sentyabrın 25-də Bakıda və rayonlarda hava necə olacaq?
Bakının Yasamal və Zirə qəsəbələrində elektrik fasiləsi gözlənilir
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!