"Pfizer" vaksini üçün niyə növbələr yaranır?
Pfizer vaksininin vurulması Azərbaycanda sadəcə 2 mərkəzdə həyata keçirildiyindən növbələr yaranır.
“Minval.info” Trend-ə istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru, millət vəkili Rəşad Mahmudov bildirib.
Onun sözlərinə görə, Pfizer m-RNA texnologiyalı vaksin olduğundan soyuq zəncirləmə sistemində təhlükəsizlik tam yüksək səviyyədə təmin edilməlidir:
“Bunu ölkəmizə hələ ki, 2 mərkəzdə həyata keçirə bilirik. Söhbət vaksinin təkcə ölkəmizə gətirilməsindən getmir. Bu növ vaksinlərin -76 dərəcəli soyuq zəncirləmə sistemində saxlanılmasında texnologiya ilə yanaşı insan resursuna da ehtiyac var.
Yaxın gələcəkdə bu mərkəzlərin sayının artırılması ilə bağlı lazımi addımlar atılır. Amma hər kəsə məlumdur ki, bu gün hər 4 vaksinin ölkəmizdə istifadəsi ilə əlaqədar könüllülük prinsipi içərisində vaksinləmə həyata keçirilə bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu nazirlik ləğv edildi, yeni dövlət şirkəti yaradılır - FƏRMAN
Bakıda qızlar karantini pozaraq ad günü keçirdilər (VİDEO)
Bakıda mağazanın qarşısından motosikleti oğurladılar - ANBAAN VİDEO
Daban çatlarını aparan pilinq RESEPTİ
Bürclər - 16 sentyabr