“Peyvənd sertifikatı” müddətsizdir və 3-cü dozanın vurulması onun müddətinə təsir etmir
“Peyvənd sertifikatı” müddətsizdir və 3-cü dozanın (“buster” doza) vurulması onun müddətinə təsir etmir.
“Minval.info” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumatda bildirilib.
Birgə məlumatda həmçinin qeyd edilib ki, son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza (“buster” doza) ilə peyvəndlənmələri tövsiyə edilir.
Bunun üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!