Peçenye qutusunda 113 min funtluq sərvət tapıldı
İngiltərədə dul qadın ərinin vəfatından sonra evini təmizləyərkən köhnə peçenye qutusunda 113 min funt-sterlinqdən (təxminən 259 min manat) çox dəyəri olan qızıl sikkələr aşkar edib.
Minval.info xəbər verir ki, qadının mərhum əri 1970-ci illərdəki iqtisadi böhran zamanı qızıl sikkələr alıb və bu sərmayə barədə heç kimə məlumat verməyib. Təxminən 50 il saxlanılan qutuda 41 Cənubi Afrika qızıl Krüqerrand sikkəsi və Böyük Britaniyanın Kral Zərbxanası tərəfindən buraxılan 21 qızıl suveren (gold sovereign) olub. Hərracda Krüqerrandlar 100 min funt-sterlinqə, Britaniya suverenləri isə 13 min funt-sterlinqə satılıb.
Penzans şəhərində fəaliyyət göstərən “Lay’s Auctioneers” şirkətinin nümayəndəsi Devid Ley bildirib ki, qadının evindəki əşyaları araşdırarkən emalatxanada kifayət qədər ağır peçenye qutusu diqqətini çəkib. Mütəxəssislər qutunu açdıqda gümüş sikkələrin altında xüsusi qablaşdırmada gizlədilmiş qızıl sikkələri və onların orijinal fakturalarını aşkar ediblər.
Qeyd olunub ki, 1975-ci ildə investor hər sikkə üçün 70-80 funt-sterlinq ödəyib. O dövrdə yüksək inflyasiya və fond bazarı ilə bağlı narahatlıqlar səbəbindən qızılı daha etibarlı investisiya vasitəsi kimi seçib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müharibə veteranlarına 400 manatlıq vergi güzəşti!
SOCAR Avropa bazarlarına neft-kimya ixracını artırır
Neftin qiyməti 107 dolları keçdi!
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq