16.11.2026 - 13:14
"Turkish Cargo"nun da təyyarəsi irəvanda
İqtisadiyyat 301 baxış

"Turkish Cargo"nun da təyyarəsi irəvanda

Türkiyənin milli aviaşirkəti “Turkish Cargo” 15 noyabr tarixində İstanbul-İrəvan-İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirdiyini elan edib. Bu barədə Publika.az xəbər verir.

“Aeroportist” platformasının məlumatına görə, bu xüsusi uçuş, regional idarəetmə və əməliyyat qrupu tərəfindən əlaqələndirilmişdir. Uçuşun əsas məqsədi iki ölkə arasında səmərəli və etibarlı yük daşınmasını təmin etməkdir. Eyni zamanda, bu addım şirkətin qlobal logistika şəbəkəsini genişləndirmək niyyətindədir.

Xatırladaq ki, 2026-cı ilin mart ayından etibarən Türk Hava Yolları İstanbul-İrəvan-İstanbul marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: