16.11.2026 - 11:24
Milli Məclisdə büdcə müzakirələri başladı
İqtisadiyyat 234 baxış

Milli Məclisdə büdcə müzakirələri başladı

Milli Məclisin bu gün keçirilən plenar iclasında növbəti ilin büdcə zərfi, o cümlədən “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilir. Publika.az-ın məlumatına görə, müzakirələrdə gələn ilin büdcə gəlirləri və xərcləri barədə proqnozlar diqqət mərkəzindədir.

Gələn il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu məbləğin 38 milyard 518 milyon 425 min manatı mərkəzləşdirilmiş, 735 milyon 575 min manatı isə yerli gəlirlərdən əldə olunacaq. Xərclər isə ümumilikdə 42 milyard 400 milyon manat təşkil edəcək ki, bunun 41 milyard 664 milyon 425 min manatı mərkəzləşdirilmiş, 735 milyon 575 min manatı isə yerli xərclərə aid edilir.

Bu ilin sonunda dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranması gözlənilir ki, bu da illik müqayisədə 1,7 % artım deməkdir.

2027-ci il üçün icmal büdcənin gəlirlərinin 47 milyard 619,2 milyon manat, xərclərinin isə 50 milyard 377,1 milyon manat olması proqnozlaşdırılır. Bu göstəricilər 2026-cı ilin təsdiqlənmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,9 % və 3,1 % artacaq.

İcmal büdcənin kəsiri isə 2 milyard 757,9 milyon manat təşkil edəcək ki, bu da illik müqayisədə 28,7 % azalma deməkdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: