Azərbaycan və Gürcüstan dəmir yolları əməkdaşlığı genişləndirir
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Gürcüstan Dəmir Yolları” SC (GDY) arasında dəmir yolu daşımalarının daha operativ təşkil edilməsi üzrə müzakirələr aparılıb. Publika.az-ın məlumatına görə, bu görüş ADY-nin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri çərçivəsində baş tutub.
Nümayəndə heyəti Böyük Kəsik, Qardabani və Tbilisi dəmir yolu stansiyalarını ziyarət edərək, iki ölkə arasında daşımaların sürətləndirilməsi və sərhəd-keçid proseslərinin optimallaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. Görüşlərdə stansiyalarda qatarların qəbulu, emalı və yola salınması prosesləri, həmçinin mövcud infrastruktur imkanları diqqət mərkəzində olub.
Sərhəd keçidlərinin optimallaşdırılması
Əsas diqqət Azərbaycan–Gürcüstan sərhədində yük və sərnişin qatarlarının keçid müddətinin azaldılması, sərhəd və gömrük nəzarəti prosedurlarının təkmilləşdirilməsinə yönəldilib. Bu çərçivədə, Qardabani və Tbilisi stansiyalarında daşımaların təşkili və qatarların hərəkətinin əlaqələndirilməsi üzrə işlər qiymətləndirilib.
Tərəflər arasında mövcud əməliyyat mexanizmlərinin təkmilləşdirilməsi, texniki prosedurların sadələşdirilməsi və məlumat mübadiləsinin sürətləndirilməsi məsələləri də müzakirə edilib. Əldə olunmuş razılaşmaların icrası və Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutunda qatarların fasiləsiz hərəkəti üzrə müsbət nəticələr əldə olunub.
Yeni əməliyyat yanaşmaları sərhəddən keçid müddətinin azalmasına imkan yaradır və bu tədbirlər Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqələrinin gücləndirilməsinə, beynəlxalq yükdaşımaların daha operativ həyata keçirilməsinə xidmət edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Minimum maaş artımı gözlənilir: 100 manat yüksələcək
Minimum əmək haqqı 100 manat artacaq
AMB sədri: Vətəndaşlarımızın manata inamı artıb
"Turkish Cargo"nun da təyyarəsi irəvanda
Mikayıl Cabbarov qeyri-neft ixracının artımını açıqladı
Kənd təsərrüfatına 1.4 milyard manat ayrılması planlaşdırılır
Milli Məclisdə büdcə müzakirələri başladı