Pasiyent təhlükəsizliyi: TƏBİB-dən yeni tədbirlər
Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyinin təmin edilməsi sistemli yanaşma əsasında həyata keçirilir. Bu məqsədlə pasiyentin düzgün identifikasiyası, yıxılma risklərinin qiymətləndirilməsi, cərrahi müdaxilələrin təhlükəsizliyinin təmin edilməsi, böhran vəziyyətlərinə operativ müdaxilə, infeksion nəzarət və digər təhlükəsizlik tədbirləri tətbiq olunur.
Minval.info xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib. Bildirilib ki, stasionar müalicə alan pasiyentlərin düzgün identifikasiyası üçün qolbaqlardan istifadə edilir. Qolbağın üzərində pasiyentin xəstə qeydiyyat nömrəsi, adı, soyadı və doğum tarixi əks olunur. Anamnezində allergiya qeyd edilən pasiyentlər üçün qırmızı rəngli qolbaqdan istifadə olunur. Yenidoğulmuşlarda isə qız və oğlan uşaqları üçün müvafiq rəngli qolbaqlar tətbiq edilir.
Həmçinin pasiyentlərin yıxılma riskinin qarşısının alınması məqsədilə yaş qruplarına uyğun qiymətləndirmə aparılır. Müvafiq yıxılma riski şkalalarından istifadə olunur və yüksəkriskli pasiyentlər müəyyən edilərək müvafiq ehtiyat tədbirləri görülür. Cərrahi müdaxilələr zamanı isə cərrahi təhlükəsizlik üzrə yoxlama vərəqəsindən istifadə edilir. Bu vasitə tibbi müdaxilənin düzgün və təhlükəsiz aparılmasına, mümkün səhvlərin və fəsadların, o cümlədən cərrahi müdaxilə ilə əlaqəli ölüm hallarının azaldılmasına xidmət edir.
Qeyd edək ki, sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Biləsuvarda ana oğlunu mirasdan məhrum etdi
Uyğunsuz yağ geri qaytarıldı: 20 ton zərər!
Maştağada ailə mübahisəsi qanla bitdi
SOMDA-nın tibbi təminatı DİN-ə tapşırıldı
Cəlilabadda qadın su quyusunda faciəvi öldü
Tarixi-dini abidələr: Memarlıq və milli dəyərlər
Yeni tikililər tarixi abidələrə təhlükə yaradır