SOMDA-nın tibbi təminatı DİN-ə tapşırıldı
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə (DİN) həvalə edilib. Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərarda bildirilir. Qərara əsasən, Dövlət Agentliyi hər il tibbi təminat ehtiyaclarını DİN ilə birgə müzakirə edərək təkliflər hazırlayacaq.
Minval.info xəbər verir ki, bu razılaşdırılmış layihə əsasında Maliyyə Nazirliyi növbəti illərin dövlət büdcəsini tərtib edərkən zəruri vəsaiti birbaşa DİN-in saxlanılması xərclərinin tərkibində nəzərdə tutacaq. Beləliklə, SOMDA-nın əməkdaşlarına və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, tibbi reabilitasiya və sağlamlaşdırılma Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.
Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu