17.09.2026 - 14:46
Lent 20 baxış

Yeni tikililər tarixi abidələrə təhlükə yaradır

Mədəniyyət Naziri Adil Kərimli bildirib ki, yeni tikililər və infrastruktur layihələri tarixi binalara və abidələrə ciddi təhlükə yaradır. O, bu fikirləri “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda səsləndirib. Nazirin sözlərinə görə, yeni tikililərin icrası zamanı xüsusi həssaslıq və elmi yanaşmaların tətbiqi vacibdir.

Minval.info xəbər verir ki, Adil Kərimli tarixi abidələrin orijinallığını qorumaq və onların bərpası ilə konservasiya işlərinin koordinasiyalı şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, yeni şəhərsalma layihələrində tarixi binaların inteqrasiyasının vacibliyini qeyd edib və bu məsələnin yeni çağırışlar yaratdığını bildirib.

Nazir əlavə edib ki, xüsusilə şəhərsalmanın intensiv olduğu bölgələrdə tarixi və dini abidələrin qorunması üçün xüsusi balansın formalaşdırılması zəruridir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: