Bakıda qayınata gəlini qətlə yetirməkdə ittiham olunur
Bakıda qayınatası tərəfindən qətlə yetirildiyi iddia edilən Gülüzar Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında, hakim Vüqar Quliyevin sədrliyi ilə təqsirləndirilən Adıgözəl Məmmədovun anket məlumatları dəqiqləşdirilib.
Minval.info xəbər verir ki, məhkəmə iclasında Adıgözəl Məmmədovun həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb. Növbəti məhkəmə iclası sentyabrın 24-nə təyin edilib.
Hadisə 2026-cı ilin iyun ayında Sabunçu rayonu “Şuşa şəhərciyi” adlanan ərazidə baş verib. 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov, 1995-ci il təvəllüdlü gəlini Gülüzar Məmmədovanı bıçaqla öldürməkdə təqsirləndirilərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəmkirdə 2013-cü il qətlinin şübhəlisi tutuldu
Paşinyan: Zəngəzur dəhlizi Azərbaycanda başlayıb bitəcək
Gürcüstanda keçmiş DTX rəhbərinə 13 il həbs
Cavid Qurbanovun qohumuna şərti cəza verildi
Erməni yalanları ifşa edilir: Azərbaycan həqiqətləri ön planda
Mingəçevirdə xəstəxanada kart oğurluğuna hökm oxundu
Xırdalanda faciə: 19 yaşlı idmançı qumbara qurbanı oldu