Biləsuvarda ana oğlunu mirasdan məhrum etdi
Biləsuvar Rayon Məhkəməsində ananın oğlunu gələcəkdə mirasdan məcburi pay almaq hüququndan məhrum etməsi ilə bağlı mülki işə baxılıb. Məhkəmə, tərəflərin izahatlarını, şahid ifadələrini və digər sübutları nəzərə alaraq qərar qəbul edib.
Minval.info xəbər verir ki, iddiaçı ana, oğlunun uzun müddət ərzində ona qarşı kobud və hörmətsiz davrandığını, ailə münasibətlərinin ciddi şəkildə pozulduğunu bildirərək, gələcəkdə ona məxsus əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsini tələb edib. Cavabdeh isə bu iddiaları qəbul etməyərək, mübahisənin əmlakın satılması məsələsindən qaynaqlandığını bildirib.
Məhkəmə, qanunvericiliyin uşaqların, valideynlərin və ər-arvadın mirasda məcburi pay hüququnu tanıdığını, lakin müəyyən əsaslar olduqda miras qoyanın sağlığında məhkəməyə müraciət edərək bu hüquqdan məhrum edilməsini tələb edə biləcəyini qeyd edib. Araşdırmalar nəticəsində tərəflər arasında uzun müddət davam edən münaqişələrin olduğu və cavabdehin anasına qarşı davranışının sərt rəftar kimi qiymətləndirildiyi müəyyən edilib.
Qətnamədə vurğulanıb ki, mirasda məcburi pay institutu yaxın ailə üzvlərinin mənafelərinin qorunmasına xidmət etsə də, bu hüquq mütləq xarakter daşımır. Məhkəmə, ailə münasibətlərinin yalnız hüquqi qohumluq əlaqəsi ilə məhdudlaşmadığını, qarşılıqlı qayğı, hörmət və ehtiram kimi mənəvi-əxlaqi dəyərləri də ehtiva etdiyini qeyd edib. Araşdırılmış sübutların məcmusu əsasında konkret işdə bu münasibətlərin ciddi şəkildə pozulduğu qənaətinə gəlinib.
Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin olunub və cavabdeh anasına məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilib. Qətnaməyə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə mirasın açıldığı andan qüvvədə olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uyğunsuz yağ geri qaytarıldı: 20 ton zərər!
Maştağada ailə mübahisəsi qanla bitdi
Pasiyent təhlükəsizliyi: TƏBİB-dən yeni tədbirlər
SOMDA-nın tibbi təminatı DİN-ə tapşırıldı
Cəlilabadda qadın su quyusunda faciəvi öldü
Tarixi-dini abidələr: Memarlıq və milli dəyərlər
Yeni tikililər tarixi abidələrə təhlükə yaradır