Tarixi-dini abidələr: Memarlıq və milli dəyərlər
Azərbaycan Respublikası Mədəniyyət Naziri Adil Kərimli tarixi-dini ibadət məkanlarının əhəmiyyətini iki əsas istiqamətdə dəyərləndirib. O, “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxış edərək, bu məkanların həm zəngin Azərbaycan memarlığının ifadəsi, həm də milli-mənəvi dəyərlərin yaşadılması üçün vacib olduğunu bildirib.
Minval.info xəbər verir ki, nazir Adil Kərimli bu məkanların Azərbaycanın qədim memarlıq irsinin bir hissəsi olduğunu və eyni zamanda, ölkədə mövcud olan tolerantlıq mühitinin formalaşmasına töhfə verdiyini qeyd edib. O, bu iki kontekstin bir-birindən ayrılmasının mümkün olmadığını vurğulayıb və dövlətin bu sahədə şərait yaratdığını bildirib. Eyni zamanda, bu məkanların memarlıq dəyərinin qorunmasının da Azərbaycan dövlətçiliyi və milli kimliyinin qorunması baxımından önəmli olduğunu əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu