Maştağada ailə mübahisəsi qanla bitdi
Sabunçu rayonunun Maştağa qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə Hüsü Hacıyev küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. 1982-ci il təvəllüdlü Nüsrət Məmmədov atasının yaşadığı evə gəlib və burada bacısı ilə zibil torbası üstündə mübahisə edib. Bu zaman bacısının 21 yaşlı oğlu Zakir Məmmədov dayısının anasına qışqırmasına etiraz edib və mübahisə əlbəyaxa davaya çevrilib. Minval.info xəbər verir ki, dava zamanı Zakir Məmmədov masanın üzərində olan mətbəx bıçağını götürərək dayısına üç zərbə endirib. Nüsrət Məmmədov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Zakir Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi