Paşinyan: "Qarabağ məsələsi müharibə yolu ilə həll oluna bilməz"
Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi “Facebook”da verdiyi canlı yayımda, Dağlıq Qarabağ münaqişəsinin hər hansı güc yolu ilə həllinin mümkün olmadığını bildirib.
“Bəli, sərhədin Naxçıvan hissəsinə Azərbaycan silahlı qüvvələri cəmləşir, ancaq bu heç də vəziyyətin gərgin olduğu anlamına gəlməməlidir”, – deyə erməni hökumət başçısı bildirib .
Onun sözlərinə görə, statistik məlumatlar “atəşkəs rejiminin pozulması hallarının” o qədər də çox olmadığını göstərir.
Ermənistan baş naziri vurğulayıb ki, “Qarabağ məsələsi müharibə yolu ilə həll oluna bilməz”.
“Ermənistan heç vaxt müharibəyə başlamayacaq, bunu hamı anlayır. Bununla belə biz, bu ssenariyə hazır olmalıyıq”, -deyə Paşinyan bildirib. (oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan qorxur: Rusiya-Ermənistan münasibətləri gərgin qalır
Türkiyə-İsrail gərginliyi: Suriyada toqquşma riski artır
Kadırovdan saqqal və çadra çağırışı: Dəyişim!
Sinqapur baş nazirinin maaşı 60% artdı
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı