“Palatka” toylarının keçirilməsinə icazə veriləcək?
“Sistemdə yalnız Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş ictimai iaşə obyektlərin icazə alması nəzərdə tutulub”.
Bu barədə “oxu.az”a Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı məlumat verib.
Toy mərasimini hər hansı bir ictimai iaşə obyektində deyil, həyətyanı ərazidə etmək istəyən şəxslərin icazələri necə əldə edə biləcəyi ilə bağlı məsələyə aydınlıq gətirən EHİM rəsmisi bildirib ki, bununla əlaqədar suallar aidiyyəti qurumlar tərəfindən cavablandırılmalıdır:
“İcazə üçün sistemdən, yəni “icaze.e-gov.az” portalından Dövlət Vergi Xidmətində qeydiyyatı olan ictimai iaşə obyektləri istifadə edə biləcək.
Sistemdə yalnız həmin müəssisələrin icazələrinin alınması və tədbirləri keçirilməsi nəzərdə tutulub. Digər formada həyata keçiriləcək tədbirlərlə bağlı sualları aidiyyəti qurumlar cavablaya bilərlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi