Özünü qumbara ilə partladan müəllimin fotosu
Xəbər verdiyimiz kimi, Gədəbəy rayonunun mərkəzində müəllim “F-1” əl qumbarasını partladaraq intihar edib.
Mival.info Unikal.org-a istinadən xəbər verir ki, intiharın təfərrüatları ilə bağlı məlumatlar əldə edilib.
Belə ki, özünə qəsd edən 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov Gədəbəy Rayon Peşə Liseyinin müəllimi olub. Liseyin direktoru Şakir Məsumovun verdiyi məlumata görə, mərhum idman müəllimi olub:
“Nemət idman müəllimi idi. Onun hansı səbəbdən bu addımı etməsi bilinmir. Mərhum ailəli olub bir qız övladı var idi. Onun qızı iki dəfə əməliyyat olunmuşdu. Həyat yoldaşının da əməliyyat olunacağı bildirilir. Deyilənə görə sosial problemləri var imiş. Özləri rayonun mərkəzində yaşayırlar. Evə gələrkən yolda özünü partladıb. Mərhum hələ dəfn olunmayıb. Cənazəsini yaşadığı mənzilə gətiriblər”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi