VACİBÖzəl bağçalara dövlət dəstəyi: Valideynlər üçün yeni qaydalar
Özəl bağçaların maliyyələşməsi hər ayın sonunda həyata keçiriləcək. Bu barədə MÜTDA-nın direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlama verib.
Minval.info xəbər verir ki, Yaqublu, məktəbəqədər təhsilin icbari olmadığını və valideynlərin uşaqlarını bir neçə ay bağçaya göndərib sonra çıxardıqlarını vurğulayıb. Buna görə də, dövlət tərəfindən bir illik vəsait əvvəlcədən ayrılmayacaq. Uşaqların davamiyyəti nəzarətdə saxlanılacaq və dövlət hər ay öz payını ödəyəcək. Valideynlər hər ay təhsil haqqını ödədikləri kimi, dövlət də aylıq maliyyələşdirmə aparacaq. Müqavilələr 10 aylıq müddət üçün nəzərdə tutulub, çünki yay aylarında uşaqlar daha az bağçaya gedir.
Vəfa Yaqublu əlavə edib ki, hər bağçanın müəyyən tutumu var və bu məlumat məktəbəqədər təhsil informasiya sistemində qeyd olunur. Bu yerlərin bir qismi tam ödəniş edən valideynlərin uşaqları üçün nəzərdə tutulub, digər qismi isə yeni qəbul olunan uşaqlara ayrılacaq. Valideyn uşağını bir bağçadan çıxarıb başqa bağçaya keçirdikdə, həmin yer boşalacaq və növbədə olan digər namizəd həmin yerdən istifadə edə biləcək. Təhsil müəssisəsi təhsil haqqını müqavilədə müəyyən edir. Əgər qiymət artırılırsa, valideynlə yeni müqavilə bağlanmalıdır. Valideynlər bilirlər ki, Bakı şəhərində dövlət tərəfindən ayrılan maksimum məbləğ 300 manatdır və qalan məbləği özləri ödəməlidirlər. Əgər bu şərtlərə razıdırsa, müqavilə qüvvədə qalacaq, razı deyilsə, müqavilədən imtina edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!