Oyundan sonra hakimləri döyən futbolçularə ağır cəza

Rusiyada həvəskarlar çempionatının (III divizion) “Anquşt” – “Energetik” (2:1) oyununda dava-dalaş düşüb.
Minval.info xəbər verir ki, Apasport.az saytının məlumatına görə, hadisə 88-ci dəqiqədə birincilərin qapısına penalti təyin olunması ilə başlayıb.
Həmin an hakimi söyən Bekhan Əliyev qırmızı vərəqə alıb. O, meydanı tərk edərkən yan xətt hakimini vurmağa cəhd edib. Qarşılaşmanın ardından isə “Anquşt”un futbolçuları baş hakim Sergey Smirnov və köməkçisi Vitali Naumovu mühasirəyə alaraq, onları döyüblər. Yalnız polislərin müdaxiləsindən sonra referiləri oyunçuların əlindən qurtarmaq mümkün olub.
Ara sakitləşdikdən sonra bu dəfə də iki komanda oyunçuları əlbəyaxa olublar. Nizam-İntizam Komitəsi davada iştirak edən futbolçuları ağır cəzaya məruz qoyub. Bekhan Əliyev 2 il, Maqomed Balayevlə Ruslan Zyazikov isə 1 illik futboldan uzaqlaşdırılıb.
“Anquşt”un daha bir oyunçusu, həmçinin “Energetik”in iki üzvü isə qarşıdakı 6 oyunu buraxmalı olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?