Otuz beş yaşlı siyasətçi Çilinin yeni Prezidenti seçilib
Sol koalisiyasının namizədi, 35 yaşlı siyasətçi Qabriel Boriç Çilinin yeni Prezidenti seçilib.
Minval.info BBC-yə istinadən xəbər verir ki, dekabrın 20-də ölkədə prezident seçkilərinin ikinci turu keçirilib.
Q.Boriç səsvermədə iştirak edən seçicilərin səslərinin 55,8 faizini toplayıb.
Onun rəqibi Respublikaçılar Partiyasnın namizədi Xose Antonio Kasta isə seçicilərin 44,19 faizi səs verib.
Hazırkı Prezident Sebastyan Piner Qabriel Boriçi seçkilərdəki qələbəsi münasibətilə təbrik edib. Xose Antonio Kasta da məğlubiyətinin etiraf edərək bildirib: “Mübarizənin qalibi hörmətimizə layiqdir”.
Q.Boriçin andiçmə mərasimi 2022-ci il martın 11-də baş tutacaq. 35 yaşlı siyasətçi ölkə tarixində ən gənc prezident və dünyanın ən gənc siyasi liderlərindən biri olacaq.
Seçki kampaniyası zamanı Q.Boriç sərvət vergisinin tətbiqi, mədən sənayesindən royaltilərin yığılması (mis Çilinin əsas ixracıdır), abortların qanuniləşdirilməsi, pulsuz təhsilə keçid və hüquq-mühafizə orqanlarında islahatlarla bağlı vədlər verib.
Qeyd edək ki, prezidenti seçkisinin birinci turu noyabrın 22-də keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səudiyyə Ərəbistanında dörd şəhərdə fövqəladə vəziyyət!
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!