Ötən il otellərdə qalanların yarısı Bakını seçib
2021-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci illə müqayisədə 78,7 % artaraq 1 milyon 787 min olub.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gecələmələrin 48,7 %-i Bakıda, 7,9 %-i Qəbələdə, 6,7 %-i Xaçmazda, 5,9 %-i Qubada, 5,8 %-i Şabranda, 4,2 %-i Lənkəranda, 3,9 %-i Qusarda, 2,7 %-i Naftalanda, 2,2 %-i Naxçıvan Muxtar Respublikasında, 1,6 %-i Şamaxıda, 1,5 %-i Qaxda, 1,1 %-i Masallıda, 1 %-i Mingəçevirdə və 6,8 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 2,4 dəfə artaraq 1 milyon 372,8 min olub ki, bu da ümumi gecələmələrin 76,8 %-ni təşkil edir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 0,6 % azalaraq 414,2 min olub ki, bu da ümumi gecələmələrin 23,2 %-ni təşkil edir. Gecələmələrin 15,5 %-i Türkiyə, 11 %-i Rusiya Federasiyası, 9,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 8,1 %-i Böyük Britaniya, 3,8 %-i İsrail, 3,5 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i ABŞ, 2,8 %-i İtaliya, 2,7 %-i Almaniya, 2 %-i Qətər, 1,9 %-i Hindistan, 1,5 %-i Ukrayna, 1,4 %-i Niderland, 1,2 %-i Qazaxıstan, 1,2 %-i İran, 1,1 %-i Belarus, 1,1 %-i Küveyt, 1 %-i Gürcüstan, 1 %-i Fransa, 26,6 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1 %-i Bakıda, 6,6 %-i Qəbələdə, 3 %-i Qusarda, 2,6 %-i Qubada, 1,9 %-i Naftalanda, 1,7 %-i Naxçıvan Muxtar Respublikasında, 1,6 %-i Şabranda, 1,5 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
2021-ci ildə mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1 % artaraq 209,2 milyon manat olub ki, onun da 59,7 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 %-i ictimai iaşə xidmətlərindən, 2,5 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2021-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2 % səviyyəsində olmuşdur (2020-ci ildə 6,5 %). Bu göstərici Şabranda 82,2 %, Beyləqanda 25,5 %, Qubada 22,2 %, Naftalanda 21 %, Lənkəranda 19,1 %, Qəbələdə 16,2 %, Bakıda 14,2 %, Ağcabədidə 14 %, Bərdədə 13 %, Göyçayda 12,9 %, Cəlilabadda 12,7 %, Sabirabadda 12 %, Şəmkirdə 11,7 %, Şamaxıda 11,2 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu