Orqanizmi təmizləyən və cavanlaşdıran faydalı göyərti - FOTO

İspanaq əslində göyərti deyil, yarpaq tərəvəzdir. İspanaq Avropa və Amerikada çox populyardır.
Fransızlar ispanağı “krallar tərəvəzi”adlandırırlar. Amerikalılar üçün ispanaq sağlamlıq və güc rəmzidir. Amerikada ispanaq kiçik yaşlı uşaqların qidalanmasına daxil olan ilk tərvəzlərdən biridir. Onlar bunu uşaqların sümüklərinin normal inkişafı və raxitin profilaktikası üçün edir.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
İspanaq çox zəngin vitamin və minerallar mənbəyidir. Burada A, E, C, K, PP, B qrupu vitaminləri, kalsium, maqnezium, kalium, dəmir, fosfor, sink, marqans, mis, selen kimi minerallar var. Həmçinin ispanaq qidalı liflər və zülalla da zəngindir. Kimyəvi tərkibə görə ispanağı ən faydalı göyərti kimi hesab etmək olar.
Minval.İnfo saglamolun.az-a istinadən xəbər verir ki, ispanağın insan sağlamlığı üçün faydaları saymaqla bitməz:
– orqanizmi vitamin və minerallarla təmin edir, hipovitaminozlar zamanı olduqca faydalıdır
– orqanizmdən ziyanlı maddələri xaric edir
– maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, arıqlamağa kömək edir
– qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır
– bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyi aradan qaldırır
– mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir
– qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır
– sinir sistemi üçün faydalıdır
– damarları genişləndirir, arterial təzyiqi tənzimləməyə yardım edir
– göz sağlamlığını qoruyur.
Gözəlliyi ilə bütün dünyada məşhur olan fransız qadınları ispanağı formada qalmaq və dərini daha gözəl etmək üçün daim istifadə edir. Sizə ispanaq maskasının reseptini təqdim edirik: ispanaq yarpaqları yaxşı yuyulur, blenderdə əzilir, üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın, sonra yuyun və nəmləndirici krem çəkin.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
İspanağın əsas mənfi cəhəti tərkibində çoxlu turşəng turşusunun olmasıdır. Bu səbəbdən ispanağı podaqra və böyrək xəstəlikləri zamanı istehlak etmək olmaz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar