Ordumuzun əsgəri faciəvi şəkildə VƏFAT ETDİ
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu iyunun 13-də Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölüb.
Bu barədə “Minval.info”ya Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib:
“Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq.
Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya-Ukrayna qarşıdurması - növbəti dünya müharibəsi
DSX-nin yol qəzasında həlak olan hərbçilərinə şəhid statusu veriləcək
Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olmuş hərbçisinə şəhid statusu verilib
Zəngilan və Ağdamda düşmənin atıb qaçdığı silah-sursat aşkarlanıb FOTOLAR
Ukrayna “Şahed”lərə qarşı yeni silahı sınaqdan KEÇİRDİ