Büdcə idarəsində 5 əsas maliyyə səhvi
Ayın sonunda büdcənizin tükəndiyini görürsünüzsə, bu, bəzi maliyyə səhvlərinin nəticəsi ola bilər. Ay ərzində qazandığınız pulun hara xərcləndiyini bilməmək, ayın sonunda maliyyə çətinlikləri ilə üzləşməyinizə səbəb ola bilər. Gündəlik vərdişləriniz fərqinə varmadan xərclərin artmasına gətirib çıxara bilər.
Minval.info xəbər verir ki, maliyyə mütəxəssisləri büdcəni idarə etməkdə çətinlik çəkən insanların ən çox yol verdiyi səhvləri müəyyən ediblər. Gün ərzində edilən kiçik ödənişlər əhəmiyyətsiz görünə bilər, lakin bu xərclər ayın sonunda böyük məbləğə çevrilə bilər. Endirimdə olan məhsulları ehtiyac olmadan almaq büdcəyə ciddi təsir göstərə bilər. Alış-verişdən əvvəl siyahı hazırlamaq lazımsız xərclərin qarşısını almağa kömək edir.
Aylıq gəlirin müəyyən hissəsini əvvəlcədən əsas ehtiyaclara və yığıma ayırmamaq, pulun ayın ortasında və ya sonunda tükənməsinə səbəb ola bilər. Kiçik xərcləri nəzərə almamaq, məsələn, qəhvə, hazır yemək, taksi və digər gündəlik xərclər, ay ərzində əhəmiyyətli məbləğ təşkil edə bilər. Gözlənilməz xərc yarandıqda ehtiyat pulun olmaması insanı əlavə borca və ya kreditə müraciət etməyə məcbur edə bilər. Buna görə gəlirin kiçik bir hissəsini mütəmadi olaraq kənara qoymaq tövsiyə olunur.
Mütəxəssislər bildirirlər ki, büdcəyə nəzarət etmək üçün ilk növbədə bütün xərcləri yazmaq, daha sonra isə vacib və təxirə salına bilən ödənişləri ayırmaq lazımdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"