"Onlara ehtiyacımız var" - Messi
“Barselona”nın futbolçusu Lionel Messi, İspaniya kubokunun 1/4 final mərhələsinin “Sevilya” ilə cavab matçından əvvəl fikirlərini bildirib.
Minval.info komanda.az-a istinadən xəbər verir ki, “Mundo Deportivo” nəşrinə danışan Messi, “Sevilya”nın güclü rəqib olduğunu deyib:
“Sevilya”ya qarşı döyüşmək həmişə çətin olub. Onlar komanda halında yaxşı müdafiə olunur, əks-hücumlarda da ciddi təhlükələr yaradırlar. Matçın gərgin keçəcəyini düşünürəm.
Bizim azarkeşlərimizə ehtiyacımız var. Onlar arxamızda olduqları müddətdə, istədiyimiz nəticəni rahatlıqla qazana bilərik. Mövsümün sonunda titullar qazanmaq istəyiriksə, bu matçda da yaxşı nəticə əldə edərək, yolumuza davam etməliyik”.
“Barselona” – “Sevilya” matçı sabah, saat 00:30-da start götürəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Rəqibin burnunu sındıran futbolçuya 48 oyunluq cəza verilib
"Barselona" Messinin maaşını azaldır
“Mançester Siti”nin başı dərddə - UEFA cəza verir
Daha bir dünya ulduzuna "Səbail"dən təklif
“Qarabağ” dünyanın ən yaxşı 100 komandası sırasında yer aldı
